Bu gün futbol üzrə Misli Premyer Liqasında VII turun daha iki oyunu keçiriləcək.
Olimpnews.az xəbər verir ki, günün ilk oyunu "Azərsun Arena"da baş tutacaq. "Qarabağ" klubu doğma meydanda "Kəpəz"i sınağa çəkəcək. Saat 17:00-da start götürəcək oyunun baş hakimi Nicat İsmayıllı olacaq.
Günün ikinci matçında isə "Sumqayıt" klubu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Turan Tovuz"u qonaq edəcək. Matçın baş hakimi Fərid Hacıyev olacaq.
Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
Misli Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək
