Misli Premyer Liqasında VII tura yekun vurulur

Misli Premyer Liqasında VII tura yekun vurulur

Bu gün futbol üzrə Misli Premyer Liqasında VII tur çərçivəsində daha iki oyun keçiriləcək. 

Olimpnews.az xəbər verir ki, bununla da tura yekun vurulacaq. Günün ilk oyunu Şamaxı şəhər stadionunda keçiriləcək. "Karvan-Yevlax" klubu "Sabah"ı qəbul edəcək. Saat 15:00-da başlayacaq oyunu İnqilab Məmmədov idarə edəcək. 

Tura Qəbələ şəhər stadionunda keçiriləcək oyunla yekun vurulacaq. "Qəbələ" klubu doğma meydanda "Şamaxı"nı qonaq edəcək. Qarşılşamanın start fiti saat 17:30-da səslənəcək. Oyunun baş hakimi Elçin Məsiyev olacaq. .