Şəhriyar Məmmədyarov reytinqdə mövqeyini qoruyur
Şəhriyar Məmmədyarov dünya şahmat reytinqində mövqeyini qoruyub saxlayıb.
Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünyanın ən güclü oyunçularının reytinqini açıqlayıb. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 13-cü pillədə əvvəlki yerini qoruyub saxlayıb. Onun aktivində 2 min 757 xal var.
Teymur Rəcəbov əvvəlki cədvəllə müqayisədə üç pillə aşağı enərək 37-ci yerdə qərarlaşıb. İlk yüzlüyə Rauf Məmmədov (84-cü yer) və Eltac Səfərli (90-cı yer) də daxil olublar.
Reytinq cədvəlinə norveçli Maqnus Karlsen başçılq edir. Onun hesabında 2 min 881 xal vardır.
Komanda hesabında Azərbaycanın yığma komandası 2 min 624 xal ilə 12-ci yerdədir.