Futbol üzrə Misli Premyer Liqasının VII turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, turun son oyun gününün ilk qarşılaşmasında "Karvan-Yevlax" komandası Şamaxı şəhər stadionunda "Sabah"ı qəbul edib. Oyun paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Bayquşlar"ın heyətində hesabı 31-ci dəqiqədə Coy-Lens Mikels penaltidən açıb. 6 dəqiqə sonra Kahim Parris matçda hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmanın ikinci hissəsində tərəflərin cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Qələbə sayəsində xallarının sayını 11-ə çatdıran "Sabah" beşinci pillədə qərarlaşıb. Yevlax təmsilçisi 5 xalla 10-cudur.