Futbol üzrə Misli Premyer Liqasında yeddinci turun oyunlarına yekun vurulub.
Olimpnews.az xəbər verir ki, turun son oyununda "Qəbələ" klubu "Şamaxı"ı qonaq edib. Qəbələ şəhər stadionunda keçirilən oyunun taleyini bir qol həll edib. Matçda vurulan yeganə qolun müəllifi 8-ci dəqiqədə penaltidən "Şamaxı"nın futbolçusu Apolinario vurub. Beləliklə, Qəbələ səfərindən üç xalla qayıdan "Şamaxı" klubu 9 xalla yeddinci, "Qəbələ" isə 4 xalla 11-cidir.