Madrid "Real"ı "Bavariya"nın müdafiəçisi Dayot Upamekanonu transferi barədə plan hazırlayır.
Olimpnews.az xəbər verir ki, əgər bu transfer ilkin razılıq taparsa, Madrid klubu “Liverpul”un müdafiəçisi İbrahima Konatedən əl çəkəcək.
Qeyd edək ki, Upamekanonun müqaviləsi gələn ilin yayında başa çatır. Bu o deməkdir ki, 26 yaşlı fransalı futbolçu o vaxta qədər Münhen klubu ilə müqaviləsini yeniləməsə, yanvarda azad agent kimi istənilən klubla danışıqlara başlaya bilər.