"Barselona" növbəti dəfə cəhd edəcək

"Barselona" növbəti dəfə cəhd edəcək

"Levante"də çıxış edən kamerunlu hücumçu Etta Eyonq karyerasını "Barselona"da davam etdirə bilər.

Olimpnews.az Diario Sporta istinadən xəbər verir ki, Laportanın komandası 21 yaşlı hücumçunu hələ cari mövsüm başlamazdan əvvəl, "Vilyarreal"da olarkən almağa cəhd edib. Lakin klub çətin maliyyə vəziyyəti səbəbindən buna nail ola bilməyib. Qeyd edək ki, Eyonqun “Levante” ilə müqaviləsindəki sərbəst qalma məbləği 30 milyon avrodur. Bu mövsüm o, La Liqada 8 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.