"Yuventus" 20 yaşlı türkiyəli Kənan Yıldızla yaxın vaxtlarda müqaviləsini yeniləmək istəyir.
Olimpnews.az insayder Nikolo Şiranın sözlərinə istinadən xəbər verir ki, Yıldızın "Yuventus"la yeni müqaviləsi 2030-cu ilə kimi nəzərdə tutulub. “Qoca sinyora” futbolçunun maaşını artıracağını nəzərə alacaq.
Qeyd edək ki, bu mövsüm cinah yarımmüdafiəçisi bütün yarışlarda yeddi matçda iki qol vurub.