Madrid "Real"ının fransalı hücumçusu Kilian Mbappe İspaniya Premyer Liqasının səkkizinci turu çərçivəsində "Vilyarreal"la oyununda bir qol vurub və topuğundan zədə alıb. Onun topuğunda problemlər var idi. Onun Fransa millisinə qoşulacağını deyə bilmərəm. O, hazırda narahatdır. Hər şey milli komanda səviyyəsində müzakirə olunacaq", - deyə baş məşqçi Xabi Alonso ESPN-ə verdiyi müsahibədə qeyd edib.
Məlumat üçün bildirək ki, Fransa millisi DÇ-2026-ya vəsiqə uğrunda Azərbaycan (10 oktyabr) və İslandiya (13 oktyabr) millilərinə ilə görüşə hazırlaşacaq.