İspaniya La Liqasında yeddinci turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, lider "Barselona" bu tur "Sevilya"nın qonağı olub. Roman Sançes Psixuan stadionunda keçirilən oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb -4:1.
Əndəlüslərin heyətində Aleksis Sançez (13, p), İsaak Romero (37), Joze Karmona (90) və Akor Adams (90+6) fərqlənib. Kataloniyalıların yeganə təsəlli qolunun müəllifi isə 45+7-ci dəqiqədə fərqlənən Markus Raşford olub. Matçın 76-cı dəqiqəsində isə "Barselona"nın hücumçusu Robert Levandovski penalti zərbəsindən yararlana bilməyib. Beləliklə, 10 il sonra kataloniyalılara qalib gələn "Sevilya" klubu 13 xalla altıncı pillədə qərarlaşıb. Hans-Diter Flikin komandası isə 19 xalla ikinci pilləyə enib.