Ərəblər Keyn üçün yüksək təklif hazırlayıb

Ərəblər Keyn üçün yüksək təklif hazırlayıb

"Bavariya"nın hücumçusu Harri Keyn Səudiyyə Ərəbistanı Premyer Liqasından yüksək təklif alıb. 
Olimpnews.az xəbər verir ki, "Əl-Hilal" 32 yaşlı ingilis hücumçunu heyətinə cəlb etməkdə maraqlıdır. Klubun rəhbərləri Keynə 3 illik müqavilə təklif edir. Harri təklifi qəbul edərsə, onun maaşı ildə 100 milyon avro olacaq. Qeyd edək ki, Keyn 2024-cü ilin yayında "Tottenhem"dən "Bavariya"ya keçib. Onun müqaviləsi 2027-ci ilin iyun ayının sonunda başa çatacaq.