"Mançester Yunayted"in mərkəz müdafiəçisi Harri Maquayr da Səudiyyə Ərəbistanda çıxış edə bilər. Olimpnews.az Sunday Mirrora istinadən xəbər verir ki, onunla Səudiyyə Ərəbistanının iki klubu maraqlanır. Portuqaliyalı hücumçu Kriştianu Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” və “Əl-İttifaq” klubları transfer üçün yanvar ayını gözləyir.
Qeyd edək ki, ingiltərləli müdafiəçinin "Mançester Yunayted"lə müqaviləsi gələn ilin ortalarına qədərdir.
“Əl-Nəsr” və “Əl-İttifaq” yanvar ayını gözləyir
