“Paris” məhkəmədə üstün oldu

“Paris” məhkəmədə üstün oldu

Fransa Liqa 1-də çıxış edən “Paris” klubu “Jean Bouin” stadionunda çıxışını davam etdirəcək. 
Olimpnews.az xəbər verir ki, klub eyni stadionda oynayan “Stade Français” reqbi klubu ilə mübarizəni məhkəmə yolu ilə qazanıb. “Le Parisien” nəşrinin verdiyi xəbərə görə Paris meri Ann Hidalqonun özü bu il yüz illiyini qeyd edən stadionun adının dəyişdirilməsinə qadağa qoyub. 
Qeyd edək ki, stadionun adının dəyişməsi də əsas müzakirə obyekti olub.