Zlatan özünə yenə də “Ferrari” hədiyyə edib

Zlatan özünə yenə də “Ferrari” hədiyyə edib

Oktyabrın 3-də isveçli ulduz futbolçu Zlatan İbrahimoviç ad gününü qeyd edir.
Olimpnews.az xəbər verir ki, o, hər il özünə hədiyyə olaraq, “Ferrari” alır. 44 yaşı tamam olan Zlatan ənənəyə sadiq qalıb. Lakin yeni avtomobilin modeli açıqlanmayıb. 
Qeyd edək ki, Zlatan hazırda “Milan”da idman direktoru vəzifəsində çalışır.