"McLaren" "Red Bull"un rekordunu təkrarlayıb

"McLaren" "Red Bull"un rekordunu təkrarlayıb

Britaniyanın Formula 1 komandası "McLaren" 2025-ci il mövsümü üçün Konstruktorlar Çempionatındakı qalibiyyətini vaxtından əvvəl təmin edib. Komanda bu qələbəni çempionatın bitməsinə altı yarış qalmış Sinqapur Qran-Prisində rəsmiləşdirib.
Bununla da "McLaren" 2023-cü ildə Konstruktorlar Çempionatını da qazanan Avstriyanın "Red Bull" komandasının rekordunu təkrarlayıb.
Xatırladaq ki, "McLaren"pilotları Lando Norris və Oskar Piastri Sinqapurda müvafiq olaraq üçüncü və dördüncü yeri tutublar. Komandanın hazırda 650 xalı var. İkinci yerdə olan "Mercedes"in 325 xal toplayıb.