Madrid "Real"ının və "Çelsi"nin keçmiş futbolçusu Eden Hazard Zinəddin Zidanı kumir hesba edir. "Mənim kumirim odur, Zizu. Yadımdadır, qardaşlarım və mən də əfsanəvi Fransa komandasının 1998-ci il dünya çempionatında çıxışına baxırdıq. Heyətdə Zidan mənim ən çox sevdiyim futbolçu idi", - deyə "SoccerBible" Hazardın sözlərindən sitat gətirib. Məlumat üçün bildirək ki, belçikla futbolçu 2019-2021-ci illərdə Madriddə Zinəddin Zidanın rəhbərliyi altında çıxış edib. Bu müddət ərzində o, komanda ilə iki La Liqa titulunu və İspaniya Superkubokunu, Kral Kubokunu, Çempionlar Liqasını və UEFA Super Kubokunu qazanıb.
Hazard kumirini 1998-ci ildə seçib
