Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İspaniya və İtaliya liqalarının oyunlarının həmin ölkələrdən kənarda keçirilməsinə icazə verə bilər. Bu barədə qurumun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur.
Məlumat üçün bildirək ki, bundan əvvəl İspaniya Kral Futbol Federasiyası "Barselona" - "Vilyarreal" matçının Mayamidə keçirilməsi ilə bağlı müraciət göndərib, İtaliya Futbol Federasiyası isə "Milan" - "Komo" matçının Avstraliyada keçirilməsi ideyasını təsdiqləyib.
Qeyd edək ki, "Barselona"nın "Vilyarreal"la oyunu dekabrın 21-də, "Milan"ın isə "Komo" ilə oyunu isə fevralın 6-na təyin edilib.