İsveçrəli müdafiəçi Manuel Akanji "Mançester Siti"nin sıralarını birdəfəlik tərk etmək istəyir. İnsayder Nikolo Şiranın verdiyi xəbərə görə, o, karyerasını hazırda icarədə olduğu Milan "İnter"ində daimi davam etməkdə maraqlıdır. "İnter" 30 yaşlı müdafiəçini icarə müddəti bitdikdən sonra "Mançester Siti"dən almağı planlaşdırır. Müqavilənin dəyəri isə 15 milyon avrodur. Mənbənin məlumatına görə, İtaliya nəhəngi Akanji ilə 2029-cu ilə qədər nəzərdə tutulan şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb. O, "İnter"də mövsümə 4,5 milyon avro qazanacaq. Akanji sentyabrın 1-də "İnter"ə icarə əsasında keçib. O, klubla bütün yarışlarda altı matçda meydana çıxıb, lakin qol vurmayıb.
İsveçrəli futbolçu Milanda qalmaq istəyir
