Nüfuzlu Transfermarkt portalı A seriyasında çıxış edən futbolçuların qiymətlərində bəzi dəyişikliklər edib. Belə ki, portal "İnter"in argentinalı hücumçusu Lautaro Martinez qiymətini 10 milyon avro endirib. Buna baxmayaraq o, 85 milyon avro ilə liqanın ən bahalı oyunçusu hesab olunur. Növbəti sırada 80 milyon avro ilə onun komanda yoldaşı olan italiyalı müdafiəçi Alessandro Bastoni gəlir.
"Yuventus"un yarımmüdafiəçisi Kənan Yıldızın 25 milyon avro artaraq, 75 milyon avroya çatıb. Kənan "İnter"in futbolçusu Markus Tyuramla eyni qiyməti daşıyır . "Milan"ın yarımmüdafiəçisi Rafael Leao 70 milyon avro ilə A Seriyasının ən bahalı oyunçularının beşliyini tamamlayır. İlk onluqda həmçinin "Milan"dan Kristian Pulişiç (70 milyon avro), "Komo"dan Nikolas Paz (55 milyon avro), "Roma"dan Manu Kone və "Fiorentina"dan isə Moise Kin (hər ikisi 50 milyon avro) yer alıb.
A seriyasında çıxış edən futbolçuların qiymətləri dəyişib
