Boks üzrə ağır çəkidə britaniyalı keçmiş IBF çempionu Daniel Dübua kubalı Frenk Sançeslə bu kateqoriya üzrə döyüşə hazırlaşır.
Olimpnews.az "Sky Sports"a istinadən xəbər verir ki, bu görüşün qalibi hazırda ukraynalı Oleksandr Usikin sahib olduğu IBF titulu uğurunda məcburi rəqibi olacaq. Verilən məlumata görə, döyüşün vaxtı oktyabrın 22-dən gec olmayaraq müəyyənləşəcək.
Xatırladaq ki, hələ ki məğulubiyətsiz olan Usik artıq iki dəfə Dübuaya qalib gəlib. O, 2023-cü ilin avqustunda texniki nokautla, 2025-ci ilin iyulunda isə nokautla britaniyalı boksçunu rinqdən uzaqlaşdırıb.