"Alba əfsanəsi" mövsümün sonunda başa çatacaq

"Alba əfsanəsi" mövsümün sonunda başa çatacaq

İspaniyalı müdafiəçi Jordi Alba MLS mövsümünün sonunda peşəkar futbola vidalaşacaq.

Olimpnews.az xəbər verir ki, bu barədə futbolçu şəxsi İnstaqram səhifəsində paylaşım edib. "Təşəkkür edirəm, futbol", - deyə Alba yazıb.
Qeyd edək ki, 36 yaşlı Alba karyerasının çox hissəsini 2015-ci ildə Çempionlar Liqasının qalibi olduğu "Barselona"da keçirib. O, İspaniya millisi ilə Avropa Çempionatının (2012) və Millətlər Liqasının (2023) qalibi olub. 2023-cü ildən "İnter Mayami"də çıxış edir.