«Futbolu tərk etməyi düşünürdüm»

«Futbolu tərk etməyi düşünürdüm»

Madrid "Real"in müdafiəçisi Eder Militao bildirib ki, o, futboldan ayrılmaq istəyirdi. "İkinci diz zədəmdən sonra çox şey düşündüm. Futbolu tərk etməyi düşünürdüm. Amma həyat yoldaşım, qızım və komanda yoldaşlarımın köməyi ilə bu gün buradayam. İki il çətin keçdi, hələ də iki ciddi zədəm var", - deyə «Diario AS» Militaonun sözlərindən sitat gətirib.  Qeyd edək ki, 27 yaşlı braziliyalı futbolçu  bu mövsüm bütün turnirlərdə 7 matçda meydana çıxıb və bir qol vurub. Militaonun Madrid klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. Transfermarkt-a görə, onun dəyəri 30 milyon avrodur.