İspaniyanın "Barselona" klubunun qapıçısı Voyçex Şesni İspaniya La Liqasının yeddinci turu çərçivəsində "Sevilya" klubu ilə oyunda buraxdığı dördüncü qoldan sonra gülərkən çəkilmiş fotosu ilə bağlı açıqlama verib.
Olimpnews.az xəbər verir ki, polşalı qapıçı gülüşlərini təsadüf hesab edib.
“Oyundan qayıdarkən Robert Levandovski mənə şəkli göstərdi. Doğrudan da çox gülməli idi. Oyun zamanı gülmədiyimə and içirəm, çünki top qapıya daxil olanda gülmək kimi vərdişim yoxdur. Çox güman ki, həmin an dişlərimi göstərib topa atıldığım zaman yaranan ifadədir və dişlərim yaxşı göründüyü üçün gülüş kimi görünür. Robert Levandovski həmin anları mənə göstərənə qədər şəklin varlığından belə xəbərim yox idi. Dondurulmuş kadrda qəribə bir üz ifadəsi tutmaq asandır", - deyə qapıçı qeyd edib.
Xatırladaq ki, "Sevilya" klubu doğma meydanda "Barselona" üzərində 10 ildən sonra 4:1 hesablı qələbə qazanıb.
"Dondurulmuş bir kadrda qəribə bir üz ifadəsi tutmaq asandır"
