Zlatan 4 baş məşqçini fərqləndirdi 

Zlatan 4 baş məşqçini fərqləndirdi 

İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviç matç zamanı oyunun axarını dəyişdirə bilən 4 baş məşqçisinin adını qeyd edib. açıqlayıb. skandinaviyalı ulduzun sözlərini sitat gətirib:

«Futbolçu karyeramda Ançelotti, Quardiola, Kapello və Mourinyo kimi başa məşqçilərlə birlikdə çıxış etmişəm. Adlarını çəkdiyim məşqçilər oyun vaxtı dəyişiklər etməyi bacarırlar. Mən də Klopp və Ferqyusonla da işləmək arzusunda olmuşam. Lakin bu mənə qismət olmayıb», - deyə «Goal.com» portalı Zlatan İbrahimoviçdən sitat gətirib. Məlumat üçün bildirək ki, Zlatan peşəkar karyerası ərzində "Yuventus", "İnter", "Milan", "Barselona", PSJ və digər klublarda çıxış edib. O, İsveç millisinin heyətində 122 oyunda  62 qol vurub.