"Barselona"nın futbolçusu Lamin Yamal tarixin ən bahalı futbolçusu ola bilər. "Defensa Central"ın məlumatına görə PSJ 18 yaşlı futbolçu üçün üçün 230 milyon avro ödəməyə hazırdır. Əgər tərəflər razılıq əldə etsələr, bu keçid yeni dünya rekordu sayılacaq. Məlumdur ki, indiyədək ən bahalı transfer Neymarın 222 milyon avroya "Barselona"dan PSJ-yə keçidi olub.
Qeyd edək ki, Lamine Yamal bu yay "Barselona" ilə müqaviləsini 2031-ci ilin ortalarına qədər uzadıb.
Yamal Neymarı keçə bilər
