«Azərbaycan və İslandiya millisi ilə görüşlərdə o bizə mütləq kömək edəcək»

«Azərbaycan və İslandiya millisi ilə görüşlərdə o bizə mütləq kömək edəcək»

"Arsenal"ın mərkəz müdafiəçisi Uilyam Saliba həmyerlisi Maykl Olisenin Fransa millisi üçün əhəmiyyətli olduğunu vurğulayıb. «Olise əla oyunçudur. Yığmada bizim üçün əlavə stimul verən futbolçudur. Şən bir insandır. Azərbaycan və İslandiya millisi ilə görüşlərdə o bizə mütləq kömək edəcək», - deyə Saliba jurnalistlərə açıqlamasında vurğulayıb.
Qeyd edək ki, “Bavariya”nın əsas oyunçusuna çevrilən 23 yaşlı cinah oyunçusu ölkəsinin yığma komandasına çağrılıb. sabah Fransa yığması saat 21:45-də «Park de Prens»də Azərbaycan millisi ilə üz-üzə gələcək.