Əlcəzair dünya çempionatına vəsiqə qazandı 

Əlcəzair dünya çempionatına vəsiqə qazandı 

Əlcəzair komandası 2026-cı ildə təşkil olunacaq futbol üzrə Dünya çempionatına vəsiqə qazanıb. 
Olimpnews.az xəbər verir ki, Afrika təmsilçisi bu hüquqa Somali üzərində 3:0 hesablı qələbə sayəsində nail olub. 
Qeyd edək ki, Əlcəzair komandası bununla da beşinci dəfə Dünya çempionatında iştirak edəcək. 
Afrikalılar daha əvvəl 1982, 1986, 2010, 2014 və 2026-cı illərdə də mundial həyəcanı yaşayıb.