Brazilyalı futbolçu Kazimiro karyerasının əvvəllərində adının formasında səhv yazılmasına münasibət bildirib.
Olimpnews.az xəbər verir ki, o açıqlamasını bu cür izah edib: "Mənim adım Karlos Enrike Kazimirodur. Yəni "İ" hərfi ilə, "Kazemiro" yox. Yadımdadır, San-Paulonun heyətində bir oyunda klub adımın yazılışında səhvə yol vermişdi. Onlar adımı "E" hərfi ilə yazmışdılar.
Həmin oyunda çox yaxşı çıxış etdim və batil inanca sahib olduğuma görə "Bunu dəyişməyə ehtiyac yoxdur, qoy elə bu cür qalsın, işlər qaydasındadır" dedim.
Bu, sadəcə bir oyunda buraxılan səhv idi, lakin bu adla yaddaşlarda qaldım".
Kazimiro: "Bu, sadəcə bir oyunda buraxılan səhv idi"
