Dünya çempionatının vaxtı dəyişir 

Dünya çempionatının vaxtı dəyişir 

2034-cü ildə keçiləcək futbol üzrə dünya çempionatı ev sahibi olan Səudiyyə Ərəbistanındakı hava şəraiti səbəbilə 2035-ci ilin yanvarında təşkil oluna bilər.

Olimpnews.az xəbər verir ki, turnirin Qətərdə olduğu kimi noyabr–dekabr aylarında keçirilməməsinin səbəbi isə 2034-cü ilin sonunun Ramazan ayına təsadüf etməsidir.

Beləliklə, FIFA-nın alacağı qərarı ilə mundialın qış mövsümündə, daha sərin hava şəraitində baş tutması gözlənilir.