Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələnin oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün Avropa zonası üzrə daha 8 oyun keçiriləcək. Günün maraqla gözlənilən oyunu heç şübhəsiz Parisdə təşkil olunacaq Fransa Azərbaycan oyunu olacaq. Bu qrupun digər oyununda İslandiya seçməsi doğma meydanda Ukraynanı qonaq edəcək. A qrupunda isə Almaniya millisi Lüksemburqla qarşılaşacaq. Şmali İrlandiya isə doğma meydanda Slovakiya ilə üz-üzə gələcək. B qrupunda İsveç və İsveçrə komandaları münasibətlərinə aydınlıq gətirəcək. Bu qrupun digər oyununda Kosovo Sloveniyanı qəbul edəcək. J qrupunda Qazaxıstan komandası Lixtenşteynlə, Belçika isə Şimali Makedoniya ilə qarşılaşacaq.