Qapıçı qəsdən topu buraxıb?

Qapıçı qəsdən topu buraxıb?

Liviya milli futbol komandasının qapıçısı Murad Əl-Vuhişi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Kabo-Verde ilə matçda qəsdən qayda pozuntusuna yol verməkdə şübhəli bilinir.
Belə ki, çərşənbə günü qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Hesab 3:1 Liviyanın xeyrinə olan kabo-verdeli Sidney Kabral 76-cı dəqiqədə vurduğu topu qapıçı topu ayaqlarının arasından sürüşdürüb. BSN Sports-un məlumatına görə, bu şübhəli hadisə liviyalı azarkeşlərin qəzəbinə səbəb oldu.
Liviya Futbol Federasiyası qapıçının səhvləri ilə bağlı araşdırmalara başlayıb.
Qed edək ki, Liviya millisi 9 oyundan sonra 15 xalla D qrupunda üçüncüdür. Kabo-Verde 20 xalla birinci, Kamerun 18 xalla ikincidir. Hər qrupun qalibləri 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək Dünya Çempionatına vəsiqə qazanacaq, ikinci yeri tutan ən yaxşı dörd komanda isə pley-offda oynayacaq.