"Barselona" rəhbərliyi 16 yaşlı vunderkindlə maraqlanır 

"Barselona" rəhbərliyi 16 yaşlı vunderkindlə maraqlanır 

İspaniyanın "Barselona" klubu heyətini yeni gənc istedadlı futbolçu ilə gücləndirmək istəyir. 
Olimpnews.az xəbər verir ki, Kataloniya təmsilçisi əsas hədəfi meksikalı vunderkind Cilberto Moradır. Klub rəhbərliyi 16 yaşlı yarımmüdafiəçi ilə maraqlanır və onun ətrafı ilə əlaqə yaratmağa başlayıb. Lakin futbolçunun transferi üçün hələ ki, heç bir rəsmi təklif edilməyib.