Kin yığmada yeni rekordla yadda qalıb

Kin yığmada yeni rekordla yadda qalıb

“Fiorentina”nın hücumçusu Moize Kin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Estoniya ilə qarşılaşmada (3:1) fərqlənib.

Olimpnews.az xəbər verir ki, 25 yaşlı futbolçunun bu qolu millidə rekordla yadda qalıb. “Opta”nın araşdırmasına görə, Kin  ardıcıl dörd dünya çempionatının seçmə mərhələsində ən azı bir qol vuran ilk italiyalı olub. O, Estoniya və İsrailə (iki dəfə), eləcə də 2022-ci il dünya çempionatının seçmə mərhələsinin final oyununda Litvaya qarşı qol vurub.

Qeyd edək ki, sonuncu dəfə oxşar qol seriyası 2001-ci ildə Filippo İnzaqiyə məxsus olub.