Futbol üzrə Nigeriya milli komandasının təyyarəsi qarşı şüşədə yaranan çatla əlaqədar Anqolada məcburi eniş edib. Bu barədə jurnalist Ojora Babatunde sosial şəbəkədəki X səhifəsində məlumat verib. Təcili eniş havaya qalxdıqdan 25 dəqiqə sonra baş verib.
Qeyd edək ki, Nigeriya 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 14-də Beninlə səfərdə qarşılaşacaq.