“Mançester Yunayted”ə məxsus idman departamenti “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uartonu diqqətə mərkəzinə alıb.
Olimpnews.az “Mirror Football”a istinadən xəbər verir ki, “Qırmızılar” “Kristal Pelas”ın gənc istedadı üçün 69 milyon avro ödəməyə hazırdır. Bu mövsüm 21 yaşlı Uorton bütün yarışlarda on matçda meydana çıxıb və bir assistlə yadda qalıb. Yarımmüdafiəçinin "Kristal Pelas"la hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.