Kabo-Verde komandası tarixində ilk dəfə olaraq futbol üzrə Dünya Kubokuna vəsiqə qazanıb.
Olimpnews.az xəbər verir ki, afrikalılar bu uğura DÇ-2026-nın seçmə mərhələsində Esvatiniyə 3:0 hesabı ilə qalib gəlməklə nail olub. Beləliklə, seçmə mərhələdə öz qrupunu lider kimi tamamlayan Kabo-Verdenin cəmi 590 min əhalisi var. Onlar İslandiyadan sonra Dünya Kubokuna vəsiqə qazanan ikinci ən kiçik ölkədir.