"Barselona"da daha bir ciddi itki

"Barselona"da daha bir ciddi itki

İspaniyanın "Barselona" klubunun daha bir əsas heyət üzvü zədələnib. 

Olimpnews.az xəbər verir ki, Kataloniya klubunun polşalı hücumçusu Robert Levandovski sol budunun biseps bud sümüyündən zədə alıb. 37 yaşlı forvard 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq. 

Beləliklə, "Barselona"nın heyətində zədəli futbolçuların sayı 9-a çatıb. Belə ki, hazırda Robert Levandovski ilə yanaşı, Lamin Yamal, Rafinya, Fermin Lopez, Ferran Torres, Dani Olmo, Xuan Qarsiya, Qavi və Mark Andre Ter Şteqen də zədədən əziyyət çəkir.