"Arsenal"ın keçmiş yarımmüdafiəçisi Cek Uilşir İngiltərə üçüncü Liqasında çıxış edən "Luton" klubuna yeni baş məşqçi təyin olunub.
Olimpnews.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2022-ci ildə futbolçu karyerasını başa vuran Uilşir "Arsenal"ın gənclər komandasında məşqçi kimi çalışıb. Bir müddət "Norviç"də müvəqqəti baş məşqçi vəzifəsində yer alıb.