Qadın voleybolçular arasında 2025-2026-cı illər mövsümündə Yüksək Liqaya start verilib.
Olimpnews.az xəbər verir ki, bu gün keçirilən ilk oyunda "Gəncə" komandası "Azərreyl"i qəbul edib.
Gəncə İdman Sarayında təşkil olunan qarşılaşma tay-brekdə müəyyənləşib. Oyun qonaqların 2:3 (18:25, 25:15, 22:25, 25:21, 10:15) hesablı qələbəsi ilə yekunlaşıb.
Turun növbəti oyunu sabah UNEC və “Milli Aviasiya Akademiyası” komandaları arasında olacaq.
Qadın voleybolçular arasında Yüksək Liqaya start verildi
