DÇ-2026: Estoniya - Moldova oyununda qalib müəyyənləşmədi 

DÇ-2026: Estoniya - Moldova oyununda qalib müəyyənləşmədi 

Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir. 
Olimpnews.az xəbər verir ki, günün ilk oyununda I qrupunda qərarlaşan Estoniya və Moldova komandaları qarşılaşıb. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi oyun 1:1 hesabı ilə başa çatıb. Estoniya komandası dörd xalla 4-cü, Moldova isə bir xalla 5-cidir.