İsveç millisinin baş məşqçisi istefaya göndərildi 

İsveç millisinin baş məşqçisi istefaya göndərildi 

Futbol üzrə İsveç millisinin baş məşqçisi Con Dahl Tomasson  istefaya göndərilib. 
Olimpnews.az xəbər verir ki, buna səbəb İsveç millisinin DÇ-2026-nın seçmə mərhələsində keçirdiyi ardıcıl uğursuz oyunlar olub. 
Qeyd edək ki, 49 yaşlı danimarkalı mütəxəssis 2024-cü ilin fevral ayından İsveç millisinin baş məşqçisi kimi çalışırdı. Baş məşqçi DÇ-2026-nın Avropa zonası üzrə B qrupunda meydana çıxdığı 4 oyunda bir xal qazanıb.