"Barselona" klubu ilə 2029-cu ilin iyun ayınadək müqaviləsini yeniləyən Frenki de Yonq təəsuratlarını bölüşüb.
Olimpnews.az xəbər verir ki, niderlandlı futbolçu uşaqlıqdan Kataloniya klubunun fanatıdır. “Uşaq olanda "Barselona" klubunda oynamağı arzulayırdım. İndi həmin arzunu yaşayıram və illər boyu bunu davam etdirmək istəyirəm. Maaşım haqqında şərh verməyəcəyəm. Son illərdə bu barədə çox saxta xəbərlər yayıldı. Maaşımla bağlı deyilənlər böyük şəkildə şişirdilmişdi və yayımlanan rəqəmlər heç vaxt dəqiq olmayıb”.
"Maaşım haqqında şərh verməyəcəyəm"
