Madrid "Real"ının yarımmüdafiəçisi Arda Gülər komandanın baş məşqçisi Xabi Alonso haqda danışıb.
"Alonso rəhbərliyi altında "Bayer"in çıxışını çox bəyənmişdim. Komandamızda da onun fəaliyyəti uğurludur. Əgər Alonso nə vaxtsa məndən qapıda oynamağımı istəsə, gedib qapıçı əlcəyi alacağam", - deyə "Lequipe" türkiyəli futbolçunun sözlərindən sitat gətirib.
Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə "Real"ın heyətində 16 oyuna çıxıb, 4 qol və 6 məhsuldar ötürmə edib.