"İnter"in təcrübəli müdafiəçisi Matteo Darmian zədələnib.
Olimpnews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 35 yaşlı futbolçunun sol ayağında əzələ yırtığı var. O, komandasının qarşıdakı oyunlarında iştirak etməyəcək. Növbəti iki matçında Milan klubu A Seriyasında “Roma” və Çempionlar Liqasında isə “Union” ilə qarşılaşacaq.


