Misli Premyer Liqası: "Kəpəz" Şamaxıdan üç xalla qayıdır

Misli Premyer Liqası: "Kəpəz" Şamaxıdan üç xalla qayıdır

Futbol üzrə Misli Premyer Liqasında 8-ci turun oyunlarına start verilib. 
Olimpnews.az xəbər verir ki, turun açılış oyunu Şamaxıda baş tutub. "Şamaxı" klubu Şamaxı şəhər stadionunda "Kəpəz"i qəbul edib. Oyun qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb -1:4. Oyunda hesabı 11-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Sezar Enrike açıb. Lakin qonaqlar buraxılan qoldan sonra təşəbbüsü ələ almağı bacarıblar. İlk hissənin tamamına kimi Fərid Nəbiyev 34 və 39-cu dəqiqələrdə fərqlənərək "Kəpəz"in fasiləyə üstün yollanmasını təmin edib. Oyunun 67-ci dəqiqəsində Luis Paçu penaltidən hesab arasındakı  fərqi iki topa çatdırıb. Matçın 85-ci dəqiqəsində isə Paçu özünün ikinci, komandasının isə dördüncü qolunun müəllifi olub. 
8 turdan sonra ilk qələbəsini qazanan Gəncə təmsilçisi üç xalla sonuncu - 12-ci, "Şamaxı" isə doqquz xalla 7-cidir.