"Qarabağ" liderliyi ələ aldı 

"Qarabağ" liderliyi ələ aldı 

Futbol üzrə Misli Premyer Liqasında 8-ci turun daha bir oyunu keçirilib. 
Olimpnews.az xəbər verir ki, günün ikinci oyununda "Turan Tovuz" komandası "Qarabağ"ı qəbul edib. "Azərsun Arena"da keçirilən oyun Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 
Matçda hesab 40-cı dəqiqədə Tovuz təmsilçisinin futbolçusu Alexandro Serranonun qolu ilə açılıb. Lakin Qurban Qurbanovun komandası qarşılaşmanın ikinci hissəsində matçda geridönüş etməyi bacarıb. Əvvəlcə Nəriman Axundzadə 55-ci dəqiqədə hesabı bərabərləsdirib. 63-cü dəqiqədə isə Abdullah Zubir qələbə qolunun müəllifi olub. Qələbə sayəsində xallarının sayını 16-ya çatdıran "Qarabağ" birinci pilləyə yüksəlib. Tovuz təmsilçisi isə 15 xalla ikinci pillədədir.