Bu gün futbol üzrə Misli Premyer Liqasında VIII turun oyunlarına yekun vurulacaq.
Olimpnews.az xəbər verir ki, turun son oyun günündə daha iki qarşılaşma təşkil olunacaq. Meydana əvvəlcə "Sabah" və "Zirə" komandaları çıxacaq. Saat 16:00-da başlayacaq oyun "Bank Respublika Arena"da baş tutacaq. Matçın baş hakimi Cavid Cəilov olacaq.
Turun və günün son oyununda isə "Neftçi" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcək. "Palms Sports Arena"da keçiriləcək oyuna saat 18:30-da start veriləcək. Oyunu Fərid Hacıyev idarə edəcək.