İki dəqiqəyə görə oyun təxirə salındı

İki dəqiqəyə görə oyun təxirə salındı

Belçika Yupiter Liqasının 11-ci turu çərçivəsində keçirilən “Standard Liej” - “Antverpen” matçı 88-ci dəqiqədə dayandırılıb.

Olimpnews.az xəbər verir ki, “Standard Liej”in tribunasından atılan su şüşəsi futbolçu Moris Düfrasenə dəyib. Bu səbəbdən matçın hakimi oyunu saxlamaq məcburiyyətində qalıb.

"Standard"ın mətbuat xidmətinin sosial şəbəkədə yaydığı məlumata görə, qarşılaşma oktyabrın 20-də bağlı qapılar arxasında keçiriləcək.

Qeyd edək ki, oyunun dayandırıldığı vaxtda yeganə qolu ilk dəqiqədə meydan sahiblərinin hücumçusu Rafiki Səid vurub.