Zlatandan Jiruya qızıl məsləhət

Zlatandan Jiruya qızıl məsləhət

"Lill"in hücumçusu Olivye Jiru Zlatan İbrahimoviçlə təqaüdə çıxmağı baradə söhbət edib. “Milan”da bir yerdə olarkən Zlatanla təqaüdə çıxmaq haqda danışmışdım. O, bədən hələ də gərginliyə dözə bilsə belə, daxili atəş olmadan oynamağa davam etməyin mənasız olduğunu demişdi», - deyə 39 yaşlı fransalı futbolçu "LEquipe"ə verdiyi müsahibədə qeyd edib.

Xatırladaq ki, isveçli ulduz İbrahimoviç 2023-cü ildə, 42 yaşına az qalmış futbola vidalaşmışdı. Olivye Jirunun "Lill"lə müqaviləsi isə gələn ilin ortalarına qədərdir.