Futbol üzrə Misli Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən günün ilk oyununda "Zirə" klubu "Sabah" qonağı olub. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesab 42-ci dəqiqədə açılıb. Aron Maluda komandasını hesabda önə keçirib. “Sabah”ın növbəti qollarını isə 45+2-ci və 75-ci dəqiqələrdə Velko Simiç vurub. Qələbə sayəsində xallarının sayını 14-ə çatdıran “bayquşlar” turnir cədvəlinin üçüncü pilləsində yer alıb. Qəsəbə təmsilçisi isə 13 xalla altıncı pillədə qərarlaşıb.